Xəbərlər

Femida Könüllülərinin Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi və Milli Azərbaycan Tarixi Muzeyinə səfəri

Femida Könüllülərinin vaxtlarının səmərəli təşkil edilməsi və onlar arasında kommunikasiyaların qurulması məqsədilə mədəni tədbirlər həyata keçirilir.

Belə ki, Femida Könüllüləri cari ilin 5 iyul tarixində Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi və Milli Azərbaycan Tarixi Muzeyi ilə yaxından tanış olub, muzey eksponatları və ölkəmizin zəngin tarixi irsi haqqında ətraflı məlumat əldə ediblər.