Xəbərlər

Femida Könüllülərinin Ümumrespublika Forumunda Birinci Panel müzakirəsi

Femida Könüllülərinin Ümumrespublika Forumu çərçivəsində Nilgün Məmmədovanın moderatorluğu, Azərbaycan Respublikası Məhkəmə - Hüquq Şurası, Katiblik və İnsan Resursları şöbəsinin müdiri Samir İsmayılın, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, İnsan resursları İdarəsinin rəisi Cahangir Hacıyevin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundovanın, Azərbaycan Respublikasının Gənclər Fondu, Hüquq, kadrlar və kargüzarlıq şöbəsinin müdiri Vüsal Orucov və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyevin iştirakı ilə baş tutan panel müzakirə zamanı gənc hüquqşünasların dövlət qurumlarında iş şəraitinin yaxşılaşdırılması, peşəkar inkişaf imkanları və karyera yüksəlişi ilə bağlı geniş müzakirələr aparılıb.