Xəbərlər

“Femida Könüllüləri” Təşkilatı III Respublika Hüquq Olimpiadasının açılış mərasimində

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı və Baş Prokurorluğun dəstəyi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş III Respublika Hüquq Olimpiadasının açılış mərasimi keçirilmişdir.

Tədbirdə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Baş Prokurorluğun Elm Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi müavini Mirəli Kazımov və Vəkillər Kollegiyasının Tədris Mərkəzinin direktoru Əmir Əliyev çıxış ediblər.

“Femida Könüllüləri” Təşkilatı tədbirdə qonaq qismində təmsil olunmuşdur.