Femida Könüllüləri üçün təlim
Vəkillik modulunun STEP I mərhələsi çərçivəsində De Fendo Vəkil Bürosunda fəaliyyət göstərən Femida Könüllüləri üçün vəkil Süleymanov Samir tərəfindən təlim təşkil olunub.

Təlim zamanı könüllülərə “Mənzil Tikinti Kooperativləri tərəfindən çoxmərtəbəli yaşayış sahələrinin idarə edilməsinin tənzimlənməsi” mövzusunda ətraflı məlumat verilib, bu sahədə hüquqi çərçivə, idarəetmə mexanizmləri, eləcə də kooperativlərin hüquq və vəzifələri izah olunub.
Eyni zamanda, yaşayış sahələrinin idarə olunması zamanı qarşıya çıxan problemlər və onların hüquqi həlli yolları iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçıların ünvanladıqları suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.