“Femida Könüllüləri” Təşkilatının Naxçıvan Nümayəndəliyi Heydər Əliyevin abidəsini ziyarət ediblər
"Femida Könüllüləri” Təşkilatının Naxçıvan Nümayəndəliyi 10 may - Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyevin abidəsini ziyarət edərək dahi rəhbərin əziz xatirəsini yad edib, önünə güllər qoyublar.Daha sonra Femida Könüllüləri Heydər Əliyev Muzeyini gəzərək Ümummilli Liderin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən eksponatlar ilə tanış olublar.

