Xəbərlər

''Femida Könüllüləri” Təşkilatı-nın yeni sədri

“Femida Könüllüləri” Təşkilatı İdarə heyətinin yeni sədri Salman Vahabov seçilmişdir!

Salman Vahabov Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin III kurs tələbəsidir. O, tələbəliyinin ilk illərindən universitetdaxili təşkilatlarda və müxtəlif könüllü layihələrdə fəal iştirak edib. Həmçinin BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin Hüquq fakültəsi üzrə rəhbəri vəzifəsini icra edib. Bununla bərabər Femida Könüllülərinin ən aktiv üzvlərindən biri olmuşdur.

Salman Vahabovu yeni vəzifəsi münasibətilə təbrik edir, fəaliyyətində nailiyyətlər arzulayırıq!