"Gənc hüquq müdafiəçiləri" layihəsinin 1/4 final mərhələsi baş tutub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), "Femida Könüllüləri" Təşkilatı və ELSA Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində keçirilən "Gənc hüquq müdafiəçiləri" Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinin 1/4 final mərhələsi baş tutub.Ümumilikdə 16 məktəbli və 8 hüquq tələbəsinin iştirak etdiyi müsabiqədə hər komandada 2 məktəbli və 1 tələbə mentor olmaqla 8 komanda mübarizə aparıb.
1/4 final mərhələsi cari ilin 23 oktyabr tarixində Nəsimi Rayon Məhkəməsində və Sabunçu Rayon Məhkəməsində baş tutub. Bu mərhələdə 4 komanda - "Gənc Hakimlər", "Ad-Hoc", "Lus Aeturnum" və "Veritas Aeterna" komandaları yarımfinal mərhələsində iştirak üçün vəsiqə qazanıb.