Xəbərlər

“Gənc hüquq müdafiəçiləri” layihəsinin iştirakçıları ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), “Femida Könüllüləri” Təşkilatı və ELSA Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində keçirilən “Gənc hüquq müdafiəçiləri” Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib.

Müsahibə mərhəkəsindən uğurla keçmiş təhsil müəssisələrinin X-XI sinif şagirdlər və hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binası ilə tanış olub və sonda hakim Rəşad Abdulovla görüşdə iştirak ediblər.