“Gənc hüquq müdafiəçiləri” layihəsi çərçivəsində təlimlər təşkil olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), “Femida Könüllüləri” Təşkilatı və ELSA Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində keçirilən “Gənc hüquq müdafiəçiləri” Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinin iştirakçıları üçün təlimlər təşkil olunub.Şagirdlərdə təməl hüquqi biliklərin formalaşdırılması, eləcə də onların müsabiqəyə hazırlığının təmin olunması məqsədilə peşəkar vəkillər Əli Camalov, Rahim Həsənzadə və Mədinə Laqayeva tərəfindən “Hüquqa giriş”, “Cinayət hüququ” və “Cinayət-prosessual hüquq” mövzularını əhatə edən təlimlərlər keçirilib.