Xəbərlər

"Gənc hüquq müdafiəçiləri" yarımfinal mərhələsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), "Femida Könüllüləri" Təşkilatı və ELSA Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində keçirilən "Gənc hüquq müdafiəçiləri" Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinin yarımfinal mərhələsi baş tutmuşdur.

Yarımfinal mərhələsi cari ilin 25 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsində baş tutmuşdur. Bu mərhələdə 2 komanda - "Gənc Hakimlər" və"Ius Aeturnum" komandaları final mərhələsində iştirak üçün vəsiqə qazanmışdır.