Hakimlər İttifaqında könüllülərin sertifikasiyası
Cari ilin 10 oktyabr tarixində Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə keçirilən “Law&Climate” adlı beynəlxalq konfransın təşkili prosesinə dəstək göstərən göstərən Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onların tədbirin təşkili prosesinə verdiyi töhfədən bəhs edib.
“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova çıxış edərək, tədbirin təşkili prosesinə dəstək göstərən könüllülərin fəaliyyəti ilə bağlı məlumat verib.
Daha sonra tədbirin təşkili prosesinə dəstək göstərən könüllülər sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, konfrans çərçivəsində Femida Könüllüləri təşkilati dəstək göstərmiş, qonaqların qarşılanması və qeydiyyatında, həmçinin axının idarə edilməsi prosesində iştirak ediblər.