“Hüquqi biliklər həftəsi” çərçivəsində təlim
“Femida Könüllüləri” Təşkilatının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Hüquqi biliklər həftəsi” çərçivəsində birgə təşkil etdiyi maarifləndirici təlim sessiyası start götürüb.Layihənin əsas məqsədi ölkə üzrə gənclərin hüquqi biliklərinin artırılması, vətəndaş cəmiyyətinə inteqrasiyanın təşviqi və hüquqi mədəniyyətin formalaşdırılmasıdır.
20 iyun 2025-cil tarixində “Beyləqan Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə layihə çərçivəsində “Gender bərabərliyi və ayrı-seçkiliyin qarşısının alınması” və “İnsan alverinə qarşı mübarizə və hüquqi müdafiə” mövzularına həsr olunmuş təlim sessiyası baş tutdu.
Təlim zamanı iştirakçılara iştirakçılara gender bərabərliyi anlayışı, cinsə əsaslanan ayrı-seçkiliyin formaları və bu hallarla qarşılaşdıqda tətbiq oluna bilən hüquqi müdafiə mexanizmləri, həmçinin insan alverinin hüquqi və sosial aspektləri, bu cinayətlə mübarizə yolları, zərərçəkmiş şəxslərin hüquqi müdafiəsi və reabilitasiya imkanları haqqında ətraflı məlumat verildi.
İnteraktiv şəkildə keçirilən sessiya zamanı gənclərin sualları cavablandırıldı, real həyat nümunələri üzərindən müzakirələr aparıldı və qrup şəklində tapşırıqlar vasitəsilə öyrənilən biliklər praktiki şəkildə möhkəmləndirildi.