Xəbərlər

“Hüquqlarını dəyərləndir” adlı #gənclərdüşərgəsi keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Femida Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “Hüquqlarını dəyərləndir” adlı #gənclərdüşərgəsi keçirilib. Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində təşkil olunan düşərgədə 45 gənc iştirak edib.

Düşərgə çərçivəsində gənclər gender bərabərliyi, uşaq hüquqları, erkən nikah, cəmiyyətdə zorakılıq, ailə dəyərləri mövzularında maarifləndirmə təlimlərində iştirak ediblər. Eyni zamanda onlar üçün intellektual oyun və müxtəlif əyləncəli fəaliyyətlər təşkil olunub.

Düşərgənin məqsədi gənclər arasında hüquqi maarifləndirmənin gücləndirilməsi, gənclərin insan hüquqları haqqında biliklərinin artırılmasıdır.