Xəbərlər

I Daxili Debat Müsabiqəsinin yarımfinal və final mərhələsi keçirilib

Cari ilin 26 iyul tarixində Bakı Apellyasiya Məhkəməsində “Femida Könüllüləri” Təşkilatı və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə I Daxili Debat Müsabiqəsinin yarımfinal və final mərhələsi baş tutub.

“Ədalət mühakiməsi zamanı qərar vermə prosesində süni intellektin istifadəsi effektivdir” mövzusunda aparılan gərgin və yaddaqalan mübarizənin yarımfinal mərhələsində 4 komanda -  “Kadr 25”, “Enigma”, “Konstitusiya 47” və “Legalit”  yarışıb. Nəticədə "Enigma” və “Konstitusiya 47” komandaları final mərhələsində iştirak üçün vəsiqə qazanıb.

Final mərhələsində təsdiq mövqeyində “Enigma” komandası, inkar mövqeyində isə “Konstitusiya 47” komandası çıxış edib. Nəticə olaraq, “Enigma” komandası mübarizədə qalib gəlib.

Sonda hər iki komandaya müvafiq olaraq “Çempion” və “Finalist” sertifikatları, medallar və qalib komandaya kubok verilib.

Qeyd edək ki, ilkin mərhələnin sonunda “Ən yaxşı natiq” adına layiq görülən Femida Könüllüləri Nərmin Həsənzadə, Aydan İsmayılova, Nilufər Məmmədli, Elnur İmanov və Yusif Hacıyev sertifikat və medallarla təltif ediliblər.