Xəbərlər

I Daxili Debat Müsabiqəsinin ilkin mərhələsi keçirilib

Cari ilin 20 iyul tarixində Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Bakı Apellyasiya Məhkəməsində “Femida Könüllüləri” Təşkilatı və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə I Daxili Debat Müsabiqəsinin ilkin mərhələsi baş tutub.

“Ədalət mühakiməsi zamanı qərar vermə prosesində süni intellektin istifadəsi effektivdir” mövzusunda aparılan gərgin, maraqlı və yaddaqalan mübarizənin nəticəsində 4 komanda : “Kadr 25”, “Enigma”, “Konstitusiya 47” və “Legalit”yarımfinal mərhələsində iştirak üçün vəsiqə qazanıblar.

İlkin mərhələnin sonunda Femida Könüllüləri Nərmin Həsənzadə, Aydan İsmayılova, Nilufər Məmmədli, İmanov Elnur və Hacıyev Yusif “Ən yaxşı natiq” adına layıq görülüblər.