Xəbərlər

II Daxili Debat Müsabiqəsinin ilkin mərhələsi keçirilib

Cari ilin 7 dekabr tarixində Bakı Apellyasiya Məhkəməsində “Femida Könüllüləri” Təşkilatı və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə II Daxili Debat Müsabiqəsinin ilkin mərhələsi baş tutub.

“Sənaye şirkətlərinin ətraf mühitə zərər vurmağa görə hüquqi məsuliyyətə cəlb olunması zəruridir” mövzusunda aparılan gərgin, maraqlı və yaddaqalan mübarizənin nəticəsində 2 komanda : “Dominus Luris” və “Peace” final mərhələsində iştirak üçün vəsiqə qazanıblar.