“International Legathon MaxUP 2026” Beynəlxalq Müsabiqəsində iştirak edən könüllülərimizin uğuru
“Femida Könüllüləri” Təşkilatının könüllüləri Bakı Dövlət Universitetini təmsil edən komandanın tərkibində “International Legathon MaxUP 2026” Beynəlxalq Müsabiqəsində iştirak ediblər.
Könüllülərimiz yarışın Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsində təşkil olunan “Lex Fantastica” adlı məhkəmə müsabiqəsi formatlı mərhələsinin qalibi olmuşlar.
Qeyd edək ki, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr müsabiqə çərçivəsində ölkəmizi Qazaxıstanın Astana şəhərində təmsil ediblər.
Könüllülərimizi bu münasibətlə təbrik edir, onlara uğurlar arzulayırıq.