Xəbərlər

“Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II”

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” həyata keçirilib.

 Dövlət himninin səsləndirilməsi ilə başlayan forumda Milli Məclisin deputatları, Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və AKTİ-yə üzv təşkilatların rəhbərləri, media nümayəndələri, qonaqlar və könüllülər iştirak ediblər.

Eyni zamanda forum çərçivəsində "Femida Könüllüləri" Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov, “Turizm Könüllüləri” İctimai Birliyinin sədri Nurlana Paşayeva öz uğur hekayələrini paylaşaraq, könüllülük fəaliyyətinin şəxsi və peşəkar inkişafda mühüm rol oynadığını vurğulayıblar.

Forum zamani Femida Könüllüsü Ayan Abbaszadə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə könüllülük sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib.