Xəbərlər

Könüllülər üçün fəaliyyətlə bağlı təlim keçirilib

Cari ilin 29 iyun tarixində regionlarda yerləşən müxtəlif instansiya məhkəmələrində və vəkillik modulu üzrə fəaliyyətə başlayan Femida Könüllüləri üçün ilkin təlim təşkil edilib.

Təlim zamanı könüllülərə fəaliyyətdə olacaqları müddət ərzində fəaliyyət planları, qiymətləndirmə mərhələləri, təşkil olunan layihələr və etik davranış qaydaları haqqında  məlumat verilib.

Sonda könüllülər tərəfindən ünvanlanan suallar  cavablandırılıb.