Xəbərlər

Könüllülər üçün “Legal Ring” yarışı təşkil olunub

"Femida Könüllüləri" Təşkilatı tərəfindən cari ilin 30 avqust tarixində könüllülər üçün “Legal Ring - Yay 2024” #intellektual yarışı təşkil olunub.

“Legal Ring - Yay 2024” yarışın keçirilməsində məqsəd könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların #hüquqi bilikləri və dünyagörüşlərinin artırılması olub. 

Müxtəlif instansiya məhkəmələrində və vəkillik modulu üzrə fəaliyyət göstərən cari  və məzun Femida Könüllülərindən ibarət komandaların iştirakı ilə keçirilən gərgin mübarizədə “Law Fellowship” komandası qalib gəlib. 

Sonda I, II və III yeri tutan komandalar mükafatlarla təltif edilib.