Könüllülərlə individual görüşlər həyata keçirilib
"Femida Könüllüləri" Təşkilatının əməkdaşları tərəfindən cari ilin 20-24 may tarixlərində müxtəlif birinci instansiya məhkəmələrində fəaliyyət göstərən cari könüllülər ilə individual görüşlər həyata keçirilmişdir.Görüş zamanı könüllülərə faəliyyətləri ilə bağlı müvafiq suallar verilmiş, fikir və təklifləri öyrənilmişdir.