Xəbərlər

“Law&Climate” adlı beynəlxalq konfrans keçirilib

Cari ilin 6 sentyabr tarixində Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə “Law&Climate” adlı beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Beynəlxalq Hakimlər İttifaqının prezidenti Duro Sessa, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, hakimlər, vəkillər, hüquqşünas alimlər və beynəlxalq ekspertlər iştirak ediblər. 

Tədbir çərçivəsində Femida Könüllüləri təşkilati dəstək göstərmiş, qonaqların qarşılanması və qeydiyyatında, həmçinin axının idarə edilməsi prosesində iştirak ediblər.