“Legal Ring” intellektual yarışı
8 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli, həmçinin Vətən Müharibəsində Zəfərin 5 illiyi münasibətilə qeyd olunan əlamətdar bir gündə “Femida Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə gənclər arasında “Legal Ring” intellektual yarışı keçirilib.İlkin mərhələ, 1/4 final, yarımfinal və final mərhələlərindən ibarət olan bu yarışın əsas məqsədi gənclərin hüquqi düşüncə tərzinin inkişafına töhfə vermək, Konstitusiya və milli qanunvericilik sahəsində maarifləndirməni təşviq etmək, eləcə də iştirakçıların analitik və tənqidi təhlil bacarıqlarını gücləndirməkdir.
Yarışın nəticələrinə əsasən, “Difai” komamdası birinci yerə, “Outliers” komandası ikinci yerə, “Legion” komandası isə üçüncü yerə layiq görüldü.









