Xəbərlər

Legal-Ring- Qış 2025

Femida Könüllüləri üçün “Legal Ring - Qış 2025” intellektual yarışı təşkil olunub.

Yarışın keçirilməsində məqsəd könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların hüquqi bilikləri və dünyagörüşlərinin artırılması olub.

Müxtəlif instansiya məhkəmələrində, vəkillik və ədliyyə modulu üzrə fəaliyyət göstərən cari və məzun Femida Könüllülərindən ibarət komandaların iştirakı ilə keçirilən gərgin mübarizədə “Spartans” komandası qalib gəlib.

Sonda I, II və III yeri tutan komandalar mükafatlarla təltif edilib.