Xəbərlər

“Legal Ring Yaz-2026” intellektual yarışı keçirilib.

“Femida Könüllüləri” Təşkilatı tərəfindən gənclər arasında “Legal Ring Yaz-2026” intellektual yarışı keçirilib.

İlkin mərhələ, 1/4 final, yarımfinal və final mərhələlərindən ibarət olan bu yarışın əsas məqsədi hüquqşünas gənclərin hüquqi düşüncə tərzinin inkişafına töhfə vermək, iştirakçıların analitik və tənqidi təhlil bacarıqlarını gücləndirməkdir.

Yarışın nəticələrinə əsasən, “Law Fellowship” komandası birinci yerə, “Shinzo Wo Sasageyo” komandası ikinci yerə, “JustiFries” komandası isə üçüncü yerə layiq görüldü.