Xəbərlər

#LegalMeetUp layihəsinin çərçivəsində Nizami Səfərovla görüş

"Femida Könüllüləri" Təşkilatının "Legal Meetup" platformasının növbəti qonağı Nizami Səfərov olub.

Nizami Səfərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı,  Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət  quruculuğu, Təhlükəsizlik və korrupsiya ilə mübarizə  komitələrinin üzvü, Azərbaycan Respublikası Məhkəmə-Hüquq  Şurasının və Azərbaycan Respublikasının Baș prokuroru yanında  Elmi-Məsləhət Şurasının üzvü, MDB Parlamentlərarası  Assambleyasının Sosial məsələlər və insan huquqları komissiyasının sədridir.  

Görüş zamanı Nizami Səfərov könüllülərə beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüquq sahəsi üzrə aktual mövzular haqqında diskussiya aparmış və öz təcrübələrini bölüşərək, könüllüləri maraqlandıran sualları cavablandırıb.