Xəbərlər

#LegalMeetUp layihəsinin növbəti qonağı İkram Kərimov olub

“Femida Könüllüləri” Təşkilatının “Legal Meetup” platformasının növbəti qonağı İkram Kərimov olub.

İkram Kərimov 1978-1987-ci illərdə Bakı şəhər Xəzər rayonu prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – İstintaq Şöbəsinin rəisi, 1987-2012-ci illərdə Bakı Şəhər Məhkəməsinin, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışmış, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olmuşdur. Hal-hazırda İkram Kərimov Azərbaycan Respublikasının Bank Ombudsmanı, Vəkillər Kollegiyasının üzvü və Kollegiyanın Ağsaqqallar Şurasının sədri olaraq fəaliyyət göstərir. İkram Kərimov “Şərəf nişanı” və “Şöhrət” ordenləri, “Tərəqqi” və “Əmək veteranı” medallarına layiq görülmüşdür.

Görüş çərçivəsində İkram Kərimov öz təcrübəsini bölüşüb və Femida Könüllülərini maraqlandıran sualları cavablandırıb.