#LegalMeetUp layihəsinin növbəti qonağı Səadət Bəktaşi olub
"Femida Könüllüləri" Təşkilatının "Legal Meetup" platformasının növbəti qonağı Səadət Bəktaşi olub.Səadət Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəmənin sədri, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü və Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvüdür.
Görüşdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Kollegiya sədrləri, Aparat rəhbəri və digər əməkdaşlar da iştirak edib.
Görüş zamanı Səadət Bəktaşi hüquq sahəsində aktual mövzularda könüllülərlə birgə diskussiya aparmış və öz təcrübələrini bölüşərək, könüllüləri maraqlandıran sualları cavablandırıb.