“LEGIS” Beynəlxalq Hüquq Forumu
“Femida Könüllüləri” Təşkilatı PAŞA Holding tərəfindən təşkil olunan “LEGIS” Beynəlxalq Hüquq Forumunda təmsil olunmuşdur.Forum çərçivəsində hüquq sahəsində mövcud çağırışlar, qanunvericilikdə aparılan yeniliklər, müasir hüquqi yanaşmalar və praktiki təcrübələrin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılmış, hüquq mühitində aktual mövzular üzrə geniş müzakirələr keçirilmişdir.