Xəbərlər

Milli Aviasiya Akademiyasının tələbələri ilə görüş

“Femida Könüllüləri” Təşkilatı tərəfindən Milli Aviasiya Akademiyasının tələbələri ilə görüş keçirilib.

Görüş zamanı tələbələrə “Femida Könüllüləri” Təşkilatının əsas fəaliyyət istiqamətləri, təşkilat daxilində mövcud olan müxtəlif modullar üzrə könüllülük imkanları, həmin modullar çərçivəsində həyata keçirilən tədbir və layihələr, eləcə də il ərzində reallaşdırılması planlaşdırılan təşəbbüslər barədə ətraflı məlumat verilib.

Eyni zamanda, tələbələr könüllü olmaq üçün izlənilməli addımlar, layihələrdə iştirakın üstünlükləri və şəxsi inkişaf imkanları barədə də məlumatlandırılıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.