Nizami Rayon Məhkəməsində "Femida Könüllüləri" üçün təlim
Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Nizami Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün “Mülki hüquqi əqdlər” mövzusunda təlim keçirilib. Təlim hakim Ülkər Yusifova tərəfindən keçirilib.
Təlim zamanı mülki hüquqi əqdlərin anlayışı, növləri, etibarlılıq şərtləri və hüquqi nəticələri nəzəri və praktiki yanaşmalar əsasında təhlil olunub. Eyni zamanda əqdlərin bağlanması qaydaları, tərəflərin hüquq və vəzifələri, eləcə də mülki qanunvericilikdə nəzərdə tutulan əsas hüquqi mexanizmlər barədə məlumat verilib.
Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Təlimin sonunda könüllülər mülki hüquqi əqdlərin hüquq münasibətlərindəki əhəmiyyətini və onların praktik tətbiqi ilə bağlı əsas məqamları daha aydın şəkildə mənimsəyiblər.