Xəbərlər

Naxçıvan Muxtar Respublikası məhkəmələrində könüllülərin sertifikasiyası

Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsində, Ağır Cinayətlər Məhkəməsində və Naxçıvan Şəhər Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimlərdə iştirak edən məhkəmə sədrləri Polad Həsənov, Hüseyn Məmmədov və Gülnar Səfərəliyeva könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıblar.

Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər 2024-cü ilin dekabr - 2025-ci ilin mart ayları ərzində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.