Naxçıvan nümayəndəliyi tərəfindən könüllülərinin ilkin qiymətləndirilməsi
Naxçıvanda fəaliyyət göstərən könüllülərin qiymətləndirilmə prosesiCari ilin iyun ayında “Femida Könüllüləri” Təşkilatı Naxçıvan nümayəndəliyi tərəfindən aprel ayından etibarən müxtəlif birinci instansiya məhkəmələrində fəaliyyətdə olan Femida könüllülərinin ilkin qiymətləndirilmə prosesi həyata keçirilib.
Qiymətləndirmə prosesinin məqsədi könüllülərin həm nəzəri-hüquqi biliklərinin, həm də analitik və konstruktiv düşüncə formasının inkişaf etdirilməsidir.