Naxçıvan Şəhər Məhkəməsində könüllülərin sertifikasiyası
Naxçıvan Şəhər Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən məhkəmənin sədri Gülnar Səfərəilyeva və məhkəmə kollektivi könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıblar.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər may-avqust ayları ərzində Naxçıvan Şəhər Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.