Nərimanov Rayon Məhkəməsində könüllülərin sertifikasiyası
Cari ilin 14 iyun tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə məhkəmə sədri Həbib Həsənov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Daha sonra "Femida Könüllüləri" Təşkilatının sədr müavini Rəfael Məhərrəmli çıxış edərək təşkilatın yeni fəaliyyət istiqamətləri və yaradılmış imkanlarla bağlı könüllülərə məlumat vermişdir.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər fevral-may ayları ərzində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.