Nəsimi Rayon Məhkəməsində "Femida Könüllüləri" üçün təlim
Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Nəsimi Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün “Cinayət mühakimə icraatında məhkəmə baxışının xüsusiyyətləri” mövzusunda təlim keçirilib. Təlim hakim Elməddin Hüseynov tərəfindən keçirilib.
Təlim zamanı cinayət mühakimə icraatında məhkəmə baxışının mahiyyəti, mərhələləri və prosessual xüsusiyyətləri nəzəri və praktiki yanaşmalar əsasında izah olunub. Eyni zamanda sübutların tədqiqi, tərəflərin iştirak hüquqları və məhkəmə baxışının aparılması qaydaları ilə bağlı əsas məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. Təlimin sonunda könüllülər mövzunun praktik tətbiqi ilə bağlı əsas məqamları daha aydın şəkildə mənimsəyiblər.