Xəbərlər

Nəsimi Rayon Məhkəməsində könüllülərin sertifikasiyası

Cari ilin 28 iyun tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Nəsimi Rayon Məhkəməsinin sədri İlqar Qaralov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

"Femida Könüllüləri" Təşkilatının Könüllülərlə İş departamentinin rəhbəri Könül Cabbarlı və İnsan Resursları Departamentinin rəhbəri Hürü Tinatiyeva çıxış edərək, təşkilatın yeni fəaliyyət  istiqamətləri və yaradılmış imkanlarla bağlı könüllülərə məlumat  verib.  

Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər cari ilin fevral-may ayları ərzində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.