Xəbərlər

Nəsimi Rayon Məhkəməsində könüllülərin sertifikasiyası

Nəsimi Rayon Məhkəməsində STEP I fəaliyyətlərini uğurla başa vuran #Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Nəsimi Rayon  Məhkəməsinin sədr İlqar Qaralov  könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər cari ilin avqust-noyabr ayları ərzində Nəsimi Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.