Xəbərlər

Nilgün Məmmədova BMT Gənclər Nümayəndələri proqramı üzrə Azərbaycanı təmsil etmişdir.

“Femida Könüllüləri” Təşkilatının həmtəsisçisi və 2023–2025-ci illərdə İdarə Heyətinin sədri kimi fəaliyyət göstərmiş Nilgün Məmmədova BMT Gənclər Nümayəndələri proqramı üzrə Azərbaycanı ilk dəfə olaraq 2026–2027-ci illərdə təmsil edəcək gənclərdən biri seçilmişdir.

Səfər çərçivəsində Nilgün Məmmədova BMT İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən təşkil olunan Gənclər Forumunda, həmçinin 13-cü Dünya Şəhərsalma Forumu çərçivəsində keçirilən “Şəhər inkişafında gənclərin rolu” mövzusunda yan tədbirdə iştirak etmişdir.

Qeyd edək ki, ölkəmizi təmsil edəcək nümayəndələr Nilgün Məmmədova və Ayxan Məmmədovdur. Hər iki nümayəndəyə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.