Nizami Rayon Məhkəməsində könüllülərin sertifikasiyası
Cari ilin 13 iyun tarixində Bakı şəhəri Nizami Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən məhkəmə hakimləri Nəriman Mehdiyev və Ülkər Yusifova könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Daha sonra "Femida Könüllüləri" Təşkilatının sədr müavini Rəfael Məhərrəmli və Təşkilatın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mirəli Seyidov çıxış edərək təşkilatın yeni fəaliyyət istiqamətləri və yaradılmış imkanlarla bağlı könüllülərə məlumat veriblər.
Sonda məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər fevral-may ayları ərzində Bakı şəhəri Nizami Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.