Şamaxı və Lənkəran Rayon Məhkəməsində könüllülərin sertifikasiyası
Regionlarda məhkəmə modulu üzrə fəaliyyətlərini Şamaxı və Lənkəran Rayon Məhkəmələrində uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimlərdə iştirak edən Şamaxı Rayon Məhkəməsinin sədri Fərid Yaqubov və Lənkəran Rayon Məhkəməsinin sədri Kamran Süleymanov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #RegionKönüllüləri cari ilin iyul - avqust ayları ərzində 45 gün müddətində həftədə 5 gün olmaqla intensiv proqram çərçivəsində Şamaxı və Lənkəran Rayon Məhkəmələrində fəaliyyətdə olublar. Onlar ilkin və yekün qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.
Könüllülər qeyd olunan fəaliyyət vasitəsilə yay tətili müddətində həm istirahət edib, həmçinin asudə vaxtlarını faydalı dəyərləndirmə şansı əldə ediblər.