Şəhidlər Xiyabanını ziyarət
Femida Könüllüləri 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib.Həmçinin Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyət göstərən Femida Könüllüləri Naxçıvan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib.
Ziyarət zamanı ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatlarını fəda etmiş qəhrəman vətəndaşlarımızın xatirəsi dərin hörmətlə anılıb, məzarları üzərinə güllər qoyulub.