Şəki və Şəmkir Rayon Məhkəmələrində könüllülərin sertifikasiyası
Regionlarda məhkəmə modulu üzrə fəaliyyətlərini Şəki və Şəmkir Rayon Məhkəmələrində uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimlərdə iştirak edən Şəki Rayon Məhkəməsinin sədri Ceyhun Əhmədov və Şəmkir Rayon Məhkəməsinin sədri Zaur Allahyarov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #RegionKönüllüləri cari ilin iyul - avqust ayları ərzində 45 gün müddətində həftədə 5 gün olmaqla intensiv proqram çərçivəsində Şəki və Şəmkir Rayon Məhkəmələrində fəaliyyətdə olublar. Onlar ilkin və yekün qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.
Könüllülər qeyd olunan fəaliyyət vasitəsilə yay tətili müddətində həm istirahət edib, həmçinin asudə vaxtlarını faydalı dəyərləndirmə şansı əldə ediblər.