Xəbərlər

Şirvan və Mingəçevir Şəhər Məhkəmələrində könüllülərin sertifikasiyası

Regionlarda məhkəmə modulu üzrə fəaliyyətlərini Şirvan və Mingəçevir Şəhər Məhkəmələrində uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimlərdə iştirak edən Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov və Mingəçevir Şəhər Məhkəməsinin sədri Nemət Paşayev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər. 

Qeyd edək ki, #RegionKönüllüləri cari ilin iyul - avqust ayları ərzində 45 gün müddətində həftədə 5 gün olmaqla intensiv proqram çərçivəsində Şirvan və Mingəçevir Şəhər Məhkəmələrində fəaliyyətdə olublar. Onlar ilkin və yekün qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.

Könüllülər qeyd olunan fəaliyyət vasitəsilə yay tətili müddətində həm istirahət edib, həmçinin asudə vaxtlarını faydalı dəyərləndirmə şansı əldə ediblər.