Xəbərlər

STEP I üzrə fəaliyyət dairəsi genişlənir

Femida Könüllülərinin STEP I – Məhkəmə modulu üzrə fəaliyyət dairəsi genişlənir.

Könüllülərimiz tərəfindən daxil olan müraciətlərə əsasən, Femida Könüllüləri STEP I mərhələsi üzrə artıq bir deyil, bir neçə məhkəmədə fəaliyyət göstərə biləcəklər.

Bugünədək Femida Könüllüləri Məhkəmə modolunun STEP I mərhələsi üzrə yalnız bir birinci instansiya məhkəməsində fəaliyyət göstərə bilirdilərsə, indi isə birinci instansiya məhkəmələri olan ixtisaslaşmış (Ağır Cinayətlər, Hərbi, İnzibati və Kommersiya) və rayon məhkəmələrində hər kateqoriya üzrə bir dəfə olmaqla fəaliyyət göstərmək hüququ əldə edəcəklər.

Nümunə olaraq, Femida Könüllüsü 3 ay müddətində Bakı İnzibati Məhkəməsində fəaliyyət göstərib məzun olduqdan sonra, digər ixtisaslaşmış (Ağır Cinayətlər, Hərbi, İnzibati və Kommersiya) və yaxud rayon məhkəmələrində fəaliyyət göstərə biləcəklər.