Sumqayıt Ağır Cinayətlər Məhkəməsində könüllülərin sertifikasiyası
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.


Mərasimdə iştirak edən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri Rəşad Əliyev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Daha sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, könüllülər may-noyabr ayları ərzində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstəriblər. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək STEP I mərhələsini başa çatdırıblar.