Sumqayıt Regional Vəkil Bürosunda könüllülərin sertifikasiyası
Sumqayıt Regional Vəkil Bürosunda fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə vəkil bürosunun müdiri Anar Qasımlı könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər iyun-sentyabr ayları ərzində Sumqayıt Regional Vəkil Bürosunda fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.