Xəbərlər

Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Təhsilalanlar arasında insan alveri" mövzusunda maarifləndirici təlim

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 26 may 2026-cı il tarixində Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Təhsilalanlar arasında insan alveri" mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.

Təlim zamanı iştirakçılara insan alveri anlayışı, onun hüquqi və sosial aspektləri, habelə beynəlxalq və milli qanunvericilikdə insan alverinə qarşı mübarizə mexanizmləri haqqında ətraflı məlumat təqdim olunmuşdur. Təlimdə insan alverinin qurbanı olma riskləri, bu halların aşkarlanması, qarşısının alınması yolları və riskli situasiyalardan necə qorunmaq barədə praktik nümunələr əsasında müzakirələr aparılmışdır.

Təlim interaktiv formatda keçirilmiş, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunmuşdur. Bununla yanaşı, iştirakçıların sualları cavablandırılmışdır və onların aktiv iştirakı təmin edilmişdir.