Xəbərlər

“Universal” Vəkil Bürosunda könüllülərin sertifikasiyası

“Universal” Vəkil Bürosunda fəaliyyətini uğurla başa vuran Femida Könüllülərinə sertifikatın təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən “Universal” Vəkil Bürosunun vəkili Fərid Rzayev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida Könüllüləri sertifikatla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər may-avqust ayları ərzində “Universal” Vəkil Bürosunda fəaliyyətdə olub. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.