Xəbərlər

“Universal” Vəkil Bürosunda könüllülərin sertifikasiyası

“Universal” Vəkil Bürosunda fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən “Universal” Vəkil Bürosunun müdiri  Rahim Əlizadə  könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıblar.

Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər avqust-noyabr ayları ərzində “Universal” Vəkil Bürosunda fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.